turklehceleri.org

xəstə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

xəstə

sif. [fars.]
1. Səhhəti yerində olmayan, bir xəstəliyi olan; naxoş, azarlı. Xəstə uşaq. – Xəstə əsgər dərindən nəfəs aldı. H.Nəzərli. Xəstə atalarının ürəyini sıxmaq istəməyən oğul və qız güzəranlarından şikayət eləmədilər. Ə.Abasov. // İs. mənasında. Xəstənin yanına getmək. Xəstənin halı yaxşılaşdı. – Bənnasız hörgü hörülməz; Təbibsiz xəstə dirilməz. “Koroğlu”. Əri xəstə üstə getdikdə ya ölü üstə aparıldıqda, o, dükanda oturub alış-veriş edərdi. S.S.Axundov. Bunu görən xəstə Aydını heç yaxına belə buraxmamışdı. H.Seyidbəyli. • Xəstə düşmək, xəstə yatmaq – xəstələnmək, azarlamaq, yorğan-döşəyə düşmək. Xəstə düşdüm, gələn yoxdur üstümə; Qərib öldüm, bikəs öldüm, yad oldum. M.V.Vidadi. Həsrətindən xəstə düşdüm; Eylə dərdə çarə, Ceyran! Aşıq Ələsgər. Bu hadisədən Molla Qasım sarılıq azarına düşüb xəstə yatdı. S.S.Axundov. Xəstə olmaq – xəstə yatmaq, azarlı olmaq, naxoş olmaq. Bəstəri-möhnətdə xəstə olduğum; Gözləri şəhlaya dedin, nə dedi? Q.Zakir. Mən diqqətlə [Məmmədə] baxdım, xəstə olduğuna heç şübhəm yoxdu. C.Cabbarlı. Xəstə salmaq – xəstələndirmək, azarlatmaq, xəstələnməsinə səbəb olmaq. Yar gəlməsə məndən dirilən olmaz; Məni xəstə salan busə dağıdı. Q.Zakir.
2. məc. Şairanə təşbehlərdə dərdli, qayğılı, mənən üzgün mənasında. Çox edən bimarə xidmət aqibət bimar olur; Leyk könlüm xəstədir ol nərgisi-bimarsız. S.Ə.Şirvani.
3. məc. Sönük, zəif, cılız, ölgün. Kiçik bir lampanın ziyası evə xəstə və ölgün bir işıq nəşr edirdi. S.Hüseyn.
4. məc. Bir şeyə həddindən artıq meyil edən, aludə olan; aludə, mübtəla, düşkün. Kino xəstəsi. Futbol xəstəsi. Bilyard xəstəsi.
5. məc. klas. Yazıq, zavallı, aciz, fağır, bimar. Füzuli xəstəyə düşmən sözü ilə dust cövr eylər. Füzuli. Vidadi xəstəyəm, günlər sanaram; Dərd əhliyəm, qəm hərfini qanaram. M.V.Vidadi. ‣ Xəstə baxıcısı – müalicə müəssisələrində ağır xəstələrə və binanın təmizliyinə baxan kiçik tibb xidmətçisi.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

xəstə

naxoş, azarlı, nasaz
{rahatsız, hasta, keyifsiz}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

xəstə

hasta, rahatsız


Son arananlar: