turklehceleri.org

məşvərət

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

məşvərət

is. [ər.] Bir məsələni həll etmək üçün yığışıb danışma, müzakirə etmə, məsləhətləşmə. [Paşa və onun adamları] məclis açıb başladılar məşvərətə. “Koroğlu”. [Cəmaləddin:] İndi, yoldaşlar, məşvərət vaxtı keçmiş, qəti fikirlər və dəyərli işlər görmək lazımdır. C.Cabbarlı. • Məşvərət etmək (eləmək) – birlikdə müzakirə etmək, məsləhətləşmək. Cəm oluban eylədilər məşvərət. S.Ə.Şirvani. [Hadi lələ:] ..Bu saat Əmiraslan ağa Nadir bəygildə bəylərlə birlikdə məşvərət edir. S.S.Axundov. // Məsləhət, gənəşmə. [Rəşid:] Bibi və ana məsləhət və məşvərətdən sonra Fərəcin .. böyük qızını almağa qərar verdilər. T.Ş.Simurq.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

məşvərət

məsləhət, müzakirə
{fikir alışverişi, konuşma}


Son arananlar: