turklehceleri.org

odlanmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

odlanmaq

qayıd.
1. Yandırılmaq, yanğın törədilmək. Evi odlanan mən, əli kösövlü sən. (Ata. sözü). // Od düşüb yanmaq, alışmaq, alışıb-yanmaq. [Yaqut] yanan canının ağrısını əks etdirən dəhşətli bir səslə: – Burax məni, Yunus, .. burax, sən də odlanacaqsan! – deyə qışqırıb qucağımda çırpınırdı. Ə.Məmmədxanlı.
2. Odlu silahla öldürülmək, ya yaralanmaq. Uça bilmirdilər, odlanırdılar; Şama dəyib yanan pərvanə kimi. M.Rahim.
3. məc. Bərk hirslənmək, əsəbiləşmək. Özündən çıxmaq. [Ruhnəvaz] Qurbanlıya qarşı göstərdiyi laqeydliyi və etinasızlığı xatırlayıb odlandı. Çəmənzəminli.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

odlanmaq

I. yanmaq, alışmaq
{yanmak, Atəşlənmək}

II. həyəcanlanmaq, qızışmaq
{heyecanlanmak, kızışmak}


Son arananlar: