nümayəndə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
nümayəndə
is. [fars.]
1. Hər hansı bir kollektiv, təşkilat və s. tərəfindən seçilib bir yerə (məs.: konfransa, qurultaya və s.-yə) göndərilən və ya təyin edilən adam, vəkil edilmiş şəxs; müvəkkil. Nümayəndə seçmək. – Qara Kərəm oğlu sözü deyib durdu və dönüb, “Yeni həyat”ın nümayəndələrinə baxdı. M.İbrahimov. // Bir dövlətin və ya təşkilatın mənafeyini təmsil edən, rəsmi şəxs. Diplomatik nümayəndə.
2. Öz simasında hər hansı bir təbəqənin sinfi və ya fəaliyyət sahəsini təmsil edən, onların mənafeyini ifadə edən şəxs. Xalqın ən qabaqcıl nümayəndələri. Səməd Vurğun Azərbaycan şerinin görkəmli nümayəndələrindəndir.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
nümayəndə
ajan, delege, temsilci, vekil