arat
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
arat
is. k.t. Şumlanıb sulanmış, toxum səpilmiş yer. // Toxum səpmədən əvvəl şumun sulanması. Arat torpağın fiziki xassəsini yaxşılaşdırır. – Arat olunmuş torpaq yaxşı qurumayıb, havalar mane olur. M.Hüseyn. • Arat(a) qoymaq, arat eləmək – toxum səpmədən əvvəl şumu suvarmaq. Aratı çıxmaq – müəyyən dərəcədə quruyaraq, toxum səpilmək üçün münasib hala gəlmək (arat olunmuş yer). Aratı qaçmaq – çox qurumaq, lazımi dərəcəni keçmək (arat olunmuş şum).