nağara
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
nağara
is. Hər iki üzünə dəri çəkilmiş silindrik gövdəli zərb musiqi aləti. Nağara çalmaq. – Kəndin yuxarı tərəfində qarazurna mələyir, nağara gumbuldayır, tar, qaval səslənir, kim isə şirin-şirin oxuyurdu. Ə.Vəliyev. • Nağara ağacı – nağara çalmaq üçün xüsusi şəkildə düzəldilmiş iki ağacdan hər biri. ‣ Toydan sonra nağara – bax. toy. Əbədilik bir ağrı tək; Sonra sizi yandıracaq, göynədəcək; Toydan sonra bu nağara; Kimə gərək; Nəyə gərək? B.Vahabzadə.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
nağara
davul