turklehceleri.org

Deyişmə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

deyişmə

is.
1. Mübahisə, sözləşmə, söyüşmə, höcətləşmə, dalaşma. Bu vaxta qədər sükut ilə iki qardaşın çəkişmə və deyişməsini gözləyən Əlisəfa, nəhayət, dilə gəldi. A.Şaiq. Raya [Əminə və qoçunun] arasında deyişmə olduğunu gördü. M.S.Ordubadi.
2. folk. Aşıqlar arasında yarış və müsabiqə mahiyyətində olan şeirləşmə. Aşıqların deyişməsi.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

deyişmə

anlaşma, atışma, değişme, gizleme, konuşma, söyleşi, söyleşme, tartışma


Son arananlar: