məruz
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
məruz
sif. [ər.]
1. Bir şeyə düçar olan, ona qarşı müqavimət edə bilməyən, bir şeyə qarşı qoruyucusu olmayan. Təhqirlərə məruz. Hücuma məruz. Xəstəliyə məruz.
2. Əsasən “qalmaq”, bəzən də “olmaq” feillərilə – tutulmaq, düçar olmaq, uğramaq, düşmək. Təhlükəyə məruz qalmaq. İstilaya məruz qalmaq. – ..Gənc şair bir ani külək hücumuna məruz qalmış cavan bir ağac kimi yerində səndələdi. Ə.Məmmədxanlı. [Aydın:] Əvvəli budur ki, həmin xəstəliyə məruz olan yalnız Gülpəri deyil.. H.Seyidbəyli.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
məruz
maruz