turklehceleri.org

yaylım

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

yaylım

I. : yaylım atəşi – bir neçə silahdan eyni zamanda açılan atəş. Yaylım atəşi açıldı, dəstələrdən soldatlara daş atmağa başladılar. M.S.Ordubadi. Çəkilib soldatlar, yerə yatdılar; Yaylım atəşini peydər atdılar. H.K.Sanılı. O taydan qalxdıqca bir qara dəstə; Yaylım atəşləri yayıldı düzə. S.Vurğun. • Yaylım güllə – bax. yaylımı güllə (“yaylımı1”da).

II. is. Mal-qaranın gecə otarılması. Çəkirdi yaylıma sürünü çoban; Olurdu qaçaqlar yoluna rəvan. H.K.Sanılı. Yazda Rüstəm özü mal-qaranı yaylıma aparmağa çalışar. S.Rəhimov. Almurad baba .. gecə biz yuxuda ikən qoyun-quzunu yaylıma çıxarırdı. İ.Əfəndiyev.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

yaylım

atəş
{ateş}


Son arananlar: