məqbərə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
məqbərə
is. [ər.]
1. Qəbirlərin üzərində xüsusi tikili; türbə, mavzoley. Nizami məqbərəsi. – Böyük şair taxt-rəvandan düşüb, birbaş Azərbaycan şairi Xaqaninin məqbərəsinə gəldi. M.S.Ordubadi. Dünyada sənətin yeddi ecazından biri olan Tac Mahal məqbərəsi də buradadır. M.İbrahimov.
2. Məzarlıq, qəbiristan. Baxmadı oğrusu gedər nərəyə; Özü ancaq yüyürdü məqbərəyə. M.Ə.Sabir. Şairin əmrinə görə onun təxtrəvanını sürənlər birbaş Surxab məhəlləsindəki şairlər məqbərəsinə tərəf gedirdilər. M.S.Ordubadi.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
məqbərə
lahit