turklehceleri.org

mənbə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

mənbə

is. [ər.]
1. Yeraltı suların çıxdığı yer; qaynaq, bulaq, çeşmə.
2. məc. Əsasını, başlanğıcını təşkil edən şey. Xammal mənbələri. Gəlir mənbəyi. – Otağın işıq mənbəyi bircə qapı və bir də damdakı şüşələnmiş balaca pəncərəvari bir baca olduğundan, otaq lazımi qədər işıq deyildi. T.Ş.Simurq. Axır illər çayqıraqlı arvad-uşaq üçün burada bir qazanc mənbəyi də yaranmışdı. Ə.Əbülhəsən. // məc. Bir xəbərin və s. çıxdığı, zahir olduğu yer. Xəbərin mənbəyini bilmək. İnanılan mənbələrdən alınan məlumata görə.
3. bax. məxəz 2-ci mənada. Rus mənbələrinə gəldikdə bunlardan [bizim] tarixə aid bir çox mühüm şeyləri ixrac etmək olar. F.Ağazadə.
4. coğr. Çayın başlandığı yer (mənsəb2 əksi). Kür çayının mənbəyi. Arazın mənbəyi.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

mənbə

başlanğıc, mənşə, kök, əsas
{başlangıç, menşe, kök, esas}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

mənbə

kaynak, memba


Son arananlar: