turklehceleri.org

müqəddərat

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

müqəddərat

is. [ər.]
1. Tale. Uşaqların müqəddəratı ilə əvvəlcədən məşğul olmaq. – [Fəxrəddin] Dilşadın müqəddəratı ilə tanış olacağına inanırdı. M.S.Ordubadi. [Zaman:] Bu gecə bizim müqəddəratımız həll edilir. C.Cabbarlı. Şeir – azadlığım, şeir – həyatım; Ömrüm, səadətim, müqəddəratım! Şəhriyar.
2. Bir şeyin sonrakı taleyi, gələcəkdə yaşaması və inkişaf etməsi şəraiti, gələcəyi. İnqilabın müqəddəratı. Azərbaycan ədəbiyyatının müqəddəratı. – İndi məhsulun müqəddəratı əkini vaxtlı-vaxtında suvarmaqdan asılı idi. Ə.Sadıq. [Bağırxan:] Yalnız Təbriz əhalisinin deyil, bütün İran azadlığının müqəddəratı ancaq sabahkı müdafiəmizdən asılıdır. P.Makulu.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

müqəddərat

tale, qismət
{talih, kısmet}


Son arananlar: