əlhəzər
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
əlhəzər
nida.
1. Qaç! qorx! uzaq ol! üzünü görmə! İkiüzlü adamlardan əlhəzər! – Arvad üzlü kişidən, kişi üzlü arvaddan əlhəzər. (Ata. sözü). Əlhəzər, yay qaşın şux peykanından; Vurar, yıxar, ötmək olmaz yanından. Q.Zakir. • Əlhəzər etmək – uzaq olmağa çalışmaq. Əlhəzər et, bir yeni şeytandı bu! M.Ə.Sabir.
2. Rədd olsun, uzaq olsun. Əlhəzər, haraya istəyir, qoy getsin.