turklehceleri.org

alınmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

alınmaq

I. “Almaq”dan məch. Əmr alındı ki, hamı yola hazır olsun. Kitabxana üçün çoxlu kitab alınmışdır. Yeni məlumat alınmışdır. Mövzu xalq əfsanələrindən alınmışdır. Düşməndən çoxlu əsir alınmışdır. Daş kömürdən maye yanacaq alınır. Neftdən benzin alınır. Tədqiqatdan maraqlı nəticələr alınmışdır. – Nə üçün susdu natiqlər; Alındı həbsə sadiqlər? M.Ə.Sabir.

II. f. məh. Söylənilən bir sözü öz hesabına götürüb tez pərt olmaq, incimək, sınmaq, mütəəssir olmaq. Alı kişi əhvalatı oğlanlarına xəbər verdi. Bu xəbərdən Nəbinin qardaşları çox alındı. “Qaçaq Nəbi”. Mahmudov xeyli inciyib alındı. S.Rəhimov. Əlyarovun zəhmli səsindən zərrə qədər də alınmayan traktorçu saymazyana cavab verdi. M.Hüseyn.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

alınmaq

I. götürülmək
{götürülmek}

II. incimək, sınmaq, qızarmaq, utanmaq
{incinmek, kırılmak, kızarmak, utanmak}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

alınmaq

alınmak


Son arananlar: