turklehceleri.org

lopa

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

lopa

I. is.
1. Odunu alovlandırmaq və ya işıq yaratmaq üçün neft hopdurulub yumruladılmış əski, cındır, pilik, alışqan. Lopa qayırmaq.
2. Az-çox yuvarlaq, yumru, dairəvi (şəkildə) olan yumşaq şey. Qar lopası. Pambıq lopası. – [Budur], yenə məktəblərdən azad olub uşaqlar; Qarı görəcək sevinərlər, qar lopası oynarlar. A.Səhhət. Kəhər yerindən dördnala sıçrayıb, dırnağının altından palçıq lopaları səpələyə-səpələyə cumdu. M.İbrahimov. Ay doğdu, sakitləşən havada oynaşan qar lopaları gümüşü rəng aldı. B.Bayramov.
3. Qalın, yekə (bığ haqqında). Lopa bığ. – Mürşüdoğlu özü bilmədən əlini lopa bığlarında gəzdirdi. S.Rəhimov. O, çəp gözünü qıyır, lopa bığlarının ucunu ağzına salıb gəmirir. Ə.Vəliyev.
4. Qədimdə məşəl kimi yandırılan ucu xüsusi olaraq döyülüb lifləndirilmiş ağac şivi. [Ev sahibi] burada cavan şiv zirinc ağacından qırıb gətirər, ocaqda ütüb çəkiclə döyər, özü üçün lopa düzəldərdi. S.Rəhimov. lopa-lopa zərf Lopalar şəklində; topatopa, parça-parça. Çöldə lopa-lopa qar yağırdı. Çəmənzəminli. Qar yağır lopa-lopa; Pəncərədən baxıram. R.Rza. Göydə lopalopa ağ bulud parçaları üzür. Ə.Əbülhəsən.

II. is. məh. Sabun bişirilərkən çıxan tullantı.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

lopa

I. əski, cındır, pilik
{eski, yıpranmış, köhne}

II. yekə, böyük
{iri, büyük}

III. qalın
{kalın}


Son arananlar: