kətan
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
kətan
is. [ər.]
1. Saplağından toxunmaya yarar lif, toxumlarından isə yağ əldə edilən ot-bitki. Kətan əkini. Kətan tarlası. Yabanı kətan. Kətan toxumu. Kətan cecəsi. – Mənsiz kətan, kəndir verməz zəmilər; Çadırsız, yelkənsiz qalar gəmilər. A.Səhhət. // Bu bitki liflərindən hazırlanan parça. Kətan köynək. Kətan döşəkağı. Kətan dəsmal. – [Mirzənin] kiçik oğlu qardaşının əmrlərinə itaət edirdi: əczaxanaya getmək, həkim yanına yüyürmək, kətan islatmaq və sairə. Ə.Haqverdiyev. [Ana] qızının çarpayısı üzərinə əyilib alnındakı yaş kətanı düzəldirdi. M.Hüseyn.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
kətan
keten