turklehceleri.org

günəş

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

günəş

is.
1. Planet sisteminin işıq və istilik verən, közərmiş böyük şar şəklində olan mərkəzi göy cismi; gün. Günəş işığı. Günəş də batanda rəngi saralır. – Toztorpaq göyün üzünü elə bürümüşdü ki, günəş görünmürdü. A.Şaiq. • Günəş saatı – günəş işığı vasitəsilə vaxtı təyin etmək üçün siferblatlı cihaz. Günəş sistemi – Günəş və onun ətrafındakı planetlərdən ibarət göy cisimlərinin hamısı birlikdə. Şairi küsdürən dünyanı üzüb; Günəş sistemindən atmaq da azdır! M.Araz.
2. Günəşin verdiyi işıq, istilik. Muğan günəşi adamı yandırırdı. M.İbrahimov. • Günəş vannası müalicə məqsədilə bədəni açıq havada, günəş şüaları altında saxlama.
3. məc. Klassik şeirdə və folklorda gözəlin sifəti günəşə bənzədilir (adətən tərkiblərdə işlədilir). Günəş camallısan, gül yanaq ilən; Mən incəlib yengi aya dönmüşəm. M.P.Vaqif. O gül cəmalını, bilməm, nə üzlə vəsf eləyim; Günəş deyim, gözəlim, ya deyim sitarə sənə?! Ə.Vahid. ‣ Günəşi batmaq – süqut etmək, əvvəlki şan-şöhrətini itirmək; inkişafdan qalmaq. Günəş gülmək (gülümsəmək) şair. – sevinmək, ruhlanmaq. Seyranə çıxıb dağda, çəməndə; Güldükcə günəş mən də gülərdim. H.Cavid. Təbiət dirçəldi, həyəcana gəldi; Günəş gülümsündü dağlar başından. B.Vahabzadə. Günəşi salamlamaq şair. – günəş doğan zaman oyaq olmaq, günəşin çıxmasını görmək. Keşikçilər günəşi salamlayır, şəhər üzərində açılan yeni, gözəl bir səhərin müjdəçisi olurlar. H.Seyidbəyli. Günəşin altı – dünya, aləm. [Qoca:] Lakin günəşin altında heç bir şey baqi deyil. Çəmənzəminli.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

günəş

gün
{gün}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

günəş

güneş


Son arananlar: