turklehceleri.org

kürə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

kürə

I. is. [ər. kürrə] Yer kürəsi, üzərində sakin olduğumuz planet. Yer kürəsinin əhalisi. Geri fırlan, Yer kürəsi, zamandan küsüb; Nüşabənin kəcavəsi təpədən aşdı... M.Araz. • Küreyi-ərz köhn. – Yer kürəsi, dünya. Bu küreyi-ərzdə mən, müxtəsər; Müxtəlif əlvan görürəm, qorxmuram. M.Ə.Sabir. // Şar, yuvarlaq şey. Küçələrdə sıra ilə yerə basdırılmış çuqun dirəklərin başında ağ kürələr parlayırdı. Ə.Sadıq.

II. is. [fars.]
1. Dəmiri qızdırmaq üçün körüklə odu közərdilən dəmirçi ocağı. Kürəni körükləmək. Dəmirçi kürəsi. – Dəmiri kürədən dəmir çıxardar. (Ata. sözü). Əlli qədəm bir-birindən aralı çadırların aşağı tərəfində ağacdan bir çardaq tikilib, içində böyük misgər kürəsi və bu kürəyə münasib bir körük nəsb olub. M.F.Axundzadə. ..Körüklər basılır, kürə qızarır, zindan səslənir. S.Rəhimov. • Cəhənnəm kürəsi – bax. cəhənnəm. Yayda cəhənnəm kürəsi kimi hər tərəfi yandıran Tehran günəşi, payızın son ayları və qışda çox ilıq və mülayim olur. M.İbrahimov.
2. Palçıqdan, gildən və ya dəmirdən düzəldilən kiçik ocaq. Xörəyi kürədə bişirmək. Kürəyə kömür tökmək. – Mətbəxdə mütləq təndir, biri böyük, digəri kiçik iki ocaq, bir kürə olardı. H.Sarabski. ..Fatma səkidə, palçıqdan qoyulmuş kürədə südlü sıyıq bişirirdi. Ə.Əbülhəsən.

III. is. Qulaqları uzun (qoyun haqqında). Qoyun var kərə gəzər; Qoyun var kürə gəzər; Gedər, dağları gəzər; Gələr, evləri bəzər. (Sayaçı sözü). // Sif. mənasında. Kürə qoyun.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

kürə

küre


Son arananlar: