külüng
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
külüng
is. Daş çıxarma və torpaq qazıma işlərində istifadə edilən bir ucu sivri, o biri ucu isə enli alət. Külünglə yer qazımaq. Külüngə dəstə vurmaq. – Əhməd .. bir külüng gətirib evin küncünə atdı. Ə.Haqverdiyev. Şahnisə xanımın döşəkçəsinin üstündə Fərhad külünglə dağı yarırdı. Çəmənzəminli. ‣ (Fərhad kimi) külüng vurmaq (çalmaq) – zəhmət çəkmək, çalışmaq, işləmək, əziyyətə qatlaşmaq. [Hacı Murad:] Qırx il külüng çalıb bir cüzi pul əlimə salmışam. S.S.Axundov. [Mirzə Camal:] Neçə ildir Fərhad kimi külüng vururam, bu səhnəni mən düzəltmişəm, indi o gəlib mənə dərs verəcəkdir! C.Cabbarlı. [Şeyda:] Gərək məhəbbəti fəaliyyətə çevirib, işıq və gözəllik uğrunda külüng çalasan! Ə.Məmmədxanlı. Külüng sındırmaq – bax. külüng vurmaq (çalmaq). Nahaq bu yolda külüng sındırır. S.Rəhman.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
külüng
çapa