turklehceleri.org

köpək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

köpək

is.
1. İt. Vardı Bozlar adında bir köpəyi; Qoyunun pasibanı, həm köməyi. S.Ə.Şirvani. ..Yaşar yavaşcadan onu adı ilə çağırdı, köpək səsini kəsdi. M.Rzaquluzadə.
2. Söyüş kimi işlənir. [Yasavulbaşı] bir gün səhərə yaxın bu xülyalarla yerinin içində xumarlanırkən, birdən qapısı açıldı və qıyıqgözlü, seyrək uzunbığlı sadiq köpəyi başını içəri uzadıb dedi.. M.Rzaquluzadə. • Köpək kimi – çox yaltaqlanan adam haqqında. Köpək kimi xidmət göstərmək. ‣ Köpək diş(lər) – ağzın hər iki tərəfində azı dişlərlə ön dişlər arasında olan diş(lər). Köpək dişini çıxartmaq.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

köpək

it, köpek


Son arananlar: