turklehceleri.org

ovçu

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

ovçu

is.
1. Ovla, ovçuluqla məşğul olan adam. Ovçu tüfəngi. Həvəskar ovçu. – Ovçu yanında göz qırpmaq olmaz. (Məsəl). Ovçular qızılquş, tazı, tula götürüb ova çıxırlar. A.Şaiq. [Milis müvəkkili Əzizə:] ..Silahınızı Ovçular İttifaqında qeydə aldırmısınız? B.Bayramov. // məc. Obrazlı təşbehlərdə. Ürək də ovçudur, ovlağı aləm; Hər zaman dolaşır, axtarır o da. S.Vurğun. • Ovçu gözü (gözləri) – iti görən, həssas, diqqətli gözlər haqqında. Midhət göylərə baxdı. Ovçu gözləri göyün ənginliklərini seçir, sirli və dərin havanın içinə girə bilirdi. Ə.Vəliyev. Ovçu yuxusu – sayıq yatan adamın yuxusu. Ovçu yuxusu sayıq olar. M.Rzaquluzadə.


Son arananlar: