turklehceleri.org

köks

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

köks

1. bax. döş 1-ci mənada. Köks qəfəsi. – Zahirən heyrətamiz dərəcədə sadə və sakit olan bu balacaboylu insanın köksündə bu qədər zəngin və güclü bir ürək yaratmış təbiətin ecazına heyran qalmamaq olmazdı. M.İbrahimov. [Vahid:] Bu sözləri eşidəndə az qaldı ürəyim köksümü yarıb çıxsın. B.Bayramov.
2. məc. Ürək mənasında. Çəkilib köksümə dağlar, düyünlər. Q.Zakir. Anaxanım .. köksünü sıxmaqda olan kədərlərini bölüşmək üçün Atabalanın yolunu gözləməyə başladı. A.Şaiq. Mən bir dövürdəyəm ki, tunc qanadlanır; Qara daşın, mərmərin köksü atlanır. M.Müşfiq. ‣ Köks dolusu – dərindən, sinəsi tutduqca. Köks dolusu nəfəs almaq. Köks keçirmək – bax. köksünü ötürmək. Mütərəddid vəziyyətlər, baxışlar, köks keçirmələr bır-birini təqib edirdi. M.S.Ordubadi. Köks(ünü) gərmək – özünü qorxmadan qabağa vermək, döşünü qabağa vermək, sinə gərmək, müqavimət göstərmək. Qanlı süngülərə gərmiş köksünü; Qanilə yazmışdır hər qalib günü. S.Vurğun. Yollarındakı bütün bəla və müsibətlərə köks gərən haqq aşıqları, nağılların dediyinə görə, yuxularında gördükləri sevgililərinə qovuşmaq üçün yola düşürdülər.. Ə.Məmmədxanlı. Köksünü ötürmək – dərindən nəfəs almaq (fikirdən, qüssədən, qəmdən və s. hisslərin təsirindən). Camaat harada idi ki, səs-səmir də çıxa idi, – deyə, qoca köksünü ötürdü. Ə.Məmmədxanlı. Məzlum dərindən köksünü ötürdü. S.Vəliyev.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

köks

döş, sinə
{göğüs, sine}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

köks

göğüs


Son arananlar: