kotançı
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
kotançı
is.
1. Kotan sürən, kotanla yer şumlayan əkinçi. Kotançıların holavarları, .. cavanların gülüşməsi Budağı valeh etmişdi. Ə.Vəliyev. // Traktora qoşulan kotana xidmət edən kolxozçu və ya sovxoz fəhləsi. Maşın kotançıların tuşuna çatanda əyləndi. B.Bayramov.
2. Əkinçi, rəncbər mənasında. [Heydər bəy:] Ərz elədim ki, naçalnik, heç vaxt Cavanşirdən kotançı və kümçü görünməyib! M.F.Axundzadə.