əsas
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
əsas
is. [ər.]
1. Bünövrə, özül, bina, təƏSASƏN [ər.]
1. zərf Əsli, kökü etibarilə, məl. Evin əsası çox möhkəmdir. // məc. Bir şeyin özülünü, təməlini, özəyini təşkil edən şey; kök. Operanın əsasını xalq dastanı təşkil edir.
2. Sif. mənasında. Başlıca, ən mühüm, zəruri. Əsas əlamət. Əsas səbəb. Əsas məsələ. Ağacın əsas budağı. Əsas qüvvələr. Əsas iş yeri. İnkişafın əsas mərhələsi. Əsas şərtlər. – Xilqətin əsası olan analıq duyğusunun bəzi qadınlara yabançı olması həyatın anlaşılmaz sirlərindən biridir. M.İbrahimov. Səriyyə xalanın Qərənfilə müştəri gözü ilə baxmasının əsas səbəbi Bahadır idi. S.Rəhman.
3. Bir hərəkətin və s.-nin düzgünlüyünü, gerçəkliyini izah edən, əsaslandıran, ona haqq qazandıran, ağlabatan ciddi səbəb, bəhanə, dəlil, sübut. Qorxmağa əsası var. Əsas yoxdur. Hansı əsasla? // İstinad nöqtəsi.
4. Adətən cəm şəklində: əsaslar – hər hansı bir elmin başlıca müddəaları, prinsipləri, elementləri. Kimyanın əsasları. Nəzəri mexanikanın əsasları. – İlk həndəsənin əsasları ilə oxucu orta məktəbdə tanış olmuşdur. Z.Xəlilov.
5. qram. Sözün, sözdəyişdirici şəkilçidən qabaq gələn başlıca (sadə, düzəltmə və ya mürəkkəb) hissəsi.
6. kim. Turşularla birləşəndə duz əmələ gətirən kimyəvi birləşmə. Qələvi əsaslar.
7. riyaz. Həndəsi fiqurun hündürlüyünə perpendikulyar olan tərəfi. Üçbucağın əsası. ‣ Əsas etibarilə – əsasən, başlıca olaraq, ümumiyyətlə. C.Məmmədquluzadənin “Şərqi-Rus”dakı fəaliyyəti əsas etibarilə ədəbi xarakter daşımışdır. M.İbrahimov. Əsas götürmək (almaq, tutmaq) – bir əsas kimi qəbul etmək, əsaslanmaq. Siz mənim xahişimi əsas ala bilərsiniz. Mir Cəlal. Əsas kapital iqt. – kapitalın istehsal vasitələrinə sərf edilən hissəsi. Əsas qanun – konstitusiya. Əsası qoyulmaq – 1) təsis edilmək, bünövrəsi, təməli, özülü qoyulmaq; 2) başlanmaq. Əsasına qədər – tamamilə, bütünlükdə, büsbütün, kökündən. Əsasını qoymaq – 1) bünövrəsini, özülünü, təməlini qoymaq; 2) təsis etmək. ...əsasında durmaq, ...əsasını təşkil etmək – bir şeyin mənbəyi, onun əmələ gəlməsinin başlıca səbəbi olmaq. əsas etibarilə, ümumi cəhətdən. Fikir əsasən doğrudur. Əsasən onunla razılaşmaq olar. – Maarif sahəsində mübarizə əsasən tədris ocaqlarına münasibətdə meydana çıxırdı. A.Şaiq. Çayqırağı məhəlləsində əsasən qəsəbənin yoxsulları .. yaşayırdılar. Ə.Əbülhəsən. // Həqiqəti etibarilə, gerçəklik nöqteyi-nəzərindən. Hadisə əsasən belə olmamışdır.
2. Qoş. mənasında. Görə, əsaslanılaraq. Onun fikrinə əsasən. Xahişinizə əsasən. Təxminlərə, fərziyyəyə əsasən hökm vermək olmaz. Ərizəyə əsasən qərar çıxarılmışdı.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
əsas
I. bünövrə, özül, bina, təməl
{asıl, temel, bina, başlıca}
II. başlıca, mühüm, zəruri
{başlıca, önemli, elzem}
III. səbəb, bəhanə, dəlil, sübut
{sebep, bahane, kanıt, ispat}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
əsas
ana, belkemiği, esas, genel, gerekçe, gövde, ilke, kaide, taban