turklehceleri.org

içmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

içmək

f.
1. Maye bir şeyi udmaq. Su içmək. Dərman içmək. Şərbət içmək. – Yarım saata kimi ağalar və xanımlar çay içməyə və söhbətə məşğul oldular. C.Məmmədquluzadə. Stol üstündəki qrafindən stəkana su töküb içdim. A.Şaiq. // Məc. mənada. Yar ki yara həsrət ilə qovuşdu; Dodaq busə içər, dil ləzzət çəkər. Aşıq Ələsgər. Eşqin çeşməsindən bir damcı içdim; Axdı sellər qədər gözümün yaşı. B.Vahabzadə.
2. Eyni mənada spirtli içkilər haqqında: sərxoşluq etmək, əyyaşlıq etmək. Eylədik tövbə, əgər göz görə pünhan içdik. Qövsi. Bu sözdən Qaraca qız əsla şad olmadı, çünki bilirdi ki, [Yusif] oraya içməyə gedir. S.S.Axundov. İçmək Cümşüd bəyi xarab etdi, o qədər içirdi ki, bir saat da sərxoşluqdan ayıq olmurdu. E.Sultanov. • Sağlığa (sağlığına) içmək – birinin şərəfinə badə qaldırmaq. [Əsgər:] Sağ ol, Məşədi İbad! Sağlığına içirəm. Ü.Hacıbəyov.
3. Sulanmaq, su verilmək. Ağaclar su içdi. Torpaq su içdi. – [İsgəndərzadə:] Sən də get, arxayın ol, sabah bağın su içər. Ə.Haqverdiyev.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

içmək

udmaq
{yutmak}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

içmək

içmek


Son arananlar: