turklehceleri.org

Təxir

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

təxir

is. [ər.] Yubanma, gecikmə, ləngimə. ..Məktub sahibi gəldi idarəyə və ruznamənin təxirindən başladı giley eləməyə. C.Məmmədquluzadə. • Təxir etmək – yubatmaq, gecikdirmək, ləngitmək, sonraya saxlamaq (keçirmək). [Mələkə:] Zənn edirəm ki, hökmdar mənim bu arzumu yerinə yetirməkdə təxir və tərəddüd etməyəcəkdir. M.S.Ordubadi. Təxirə düşmək – yubanmaq, gecikmək, ləngimək. ..Azərbaycan nümayəndələri yubandığı üçün bu iş bir az təxirə düşmüşdü. M.S.Ordubadi. Təxirə salmaq – yubatmaq, gecikdirmək, ləngitmək, sonraya qoymaq. [Sədr:] Hələlik tədbir görülməni təxirə salmaq tərəfdarları əllərini qaldırsın. Çəmənzəminli. [Cavanşir:] Biz hücumu təxirə sala bilmərik. M.Hüseyn.


Son arananlar: