sındırmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
sındırmaq
f.
1. Bərk bir şeyə vurmaqla, toxundurmaqla, yaxud yerə salmaqla parçalamaq, qırıb tökmək. Stəkanı yerə salıb sındırmaq. Su dolçasını sındırmaq. Güzgünü sındırmaq. – ..Birdən gülümü üzdüm, tacımı daşa vurdum, ..sındırdım. A.Divanbəyoğlu. Noldu, ehtiyatsız yenə dolandın; Bulaqda kuzəni sındırdın dünən. N.Xəzri. // Bütöv bir şeyi bərk bir şeyə vuraraq xıncım-xıncım etmək, qırmaq. Daş sındırmaq.
2. Qopararaq üzmək, qırmaq. Şaxı sındırmaq. Stolun qıçını sındırmaq. – Getdi meşə içrə odun qırmağa; Şax budağı başladı sındırmağa. A.Səhhət. [Güllü:] Mən daha budaq sındırmayacağam. H.Seyidbəyli.
3. Korlamaq, xarab etmək, yararsız hala salmaq. Saatı sındırmaq. Oyuncağı sındırmaq. Aləti sındırmaq.
4. Şikəst etmək, qırmaq. Qolunu sındırmaq. Ayağını sındırmaq. – Molla bir uşağın ayaqlarını falaqqaya qoyanda on bir çubuq sındırır. C.Məmmədquluzadə. [Hambal:] A Məşədi, bu qədər xəlqə pul paylayırsan, mənə də bir abbası ver, belimi sındırıbsan. Ü.Hacıbəyov.
5. məc. Məhv etmək, yox etmək, məğlub etmək, dağıtmaq. Köhnəlmiş idarə üsulunu sındırıb yenisini qurmaq. – Qoşun sındırmış, qala fəth etmiş əsgər sevinci ilə Durmuş yatağına girdi. Mir Cəlal.
6. məc. Pərt etmək, xətrinə dəymək, məyus etmək. Səlim [Naşadı] son sözilə məclisdə sındırmışdı. S.Hüseyn. Bu gülüşlər də onu sındırmışdı. H.Nəzərli. Yoldaş komandir! Gəlin siz məni sındırmayın, mənim də taytuşum var. Ə.Vəliyev.
7. məc. dan. zar. Həvəslə, şövqlə oynamaq (rəqs etmək). [Kərbəlayı Fatmanisə:] Vallahı, zalımın qızı elə sındırır ki, elə sındırır ki, bütün sümükləri beşatılan kimi şaraq-şaraq şaqqıldayır. C.Cabbarlı. • Sındıra-sındıra oynamaq – həvəslə, ehtirasla, şövqlə oynamaq. Gələnlərdən iki nəfəri ortada sındırasındıra oynayırdı. M.Hüseyn.
8. Bir sıra isimlərin yanına gətirilərək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: ürəyini sındırmaq, sözünü sındırmaq, başını sındırmaq, qol-qanadını sındırmaq, belini sındırmaq və s.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
sındırmaq
I. qırmaq, qoparmaq
{kırmak, koparmak}
II. dağıtmaq, sökmək, uçurmaq
{dağıtmak, sökmek, uçurmak}
III. zədələmək, yaralamaq, əzmək
{zedelemek, yaralamak, ezmek}
IV. oynamaq, süzmək
{oynamak, süzmek}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
sındırmaq
kırmak