turklehceleri.org

işlənmiş

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

işlənmiş

f.sif.
1. Çox istifadə edilmiş, çox işlənməkdən köhnəlmiş; nimdaş. İşlənmiş palaz. İşlənmiş qab. – Aylar ilə işlənmiş mahud külahı dala tərəf sürüşmüşdü. A.Divanbəyoğlu. Pərşan əlinə keçən işlənmiş süfrəni stolun üstünə salanda Rüstəm kişi acıqlandı.. M.İbrahimov.
2. Üzərində naxış qazılmış, həkk edilmiş, yaxud naxışlanmış, bəzək vurulmuş. İşlənmiş dəsmal. İşlənmiş kəmər. Zərlə işlənmiş cild. – [Çopo:] Altun dəstəkli, incə tikişlərlə işlənmiş qapıdan içəri girdim. Çəmənzəminli.
3. Təkmilləşdirilmiş, mükəmməlləşdirilmiş, işlənib qaydaya salınmış, düzəldilmiş. Üzərində işlənmiş əsər. // Üzərində iş aparılmış, tədqiq edilmiş, öyrənilmiş, hərtərəfli düşünülmüş. Yaxşı işlənmiş mövzu.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

işlənmiş

kullanılmış


Son arananlar: