kefdamaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
kef-damaq
bax. kef 2-ci mənada. ‣ Kef(də)-damaqda olmaq – bax. kefdə olmaq (“kef”də). O vaxt xanların dəmi hələ saz idi, xanlar gələcəklərini bilməyib, öz keflərində-damaqlarında idilər. E.Sultanov. Kefə-damağa baxmaq – bax. kefə baxmaq (“kef”də). Əziziyəm bu dağa; Bu bağçaya, bu dağa; Aş barıdan, dolan gəl; Baxaq kefədamağa. (Bayatı). Kefi-damağı kökəlmək – bax. kefi kökəlmək (“kef”də). ..Biləndər dilləndiyi zaman, Səməndər kefi-damağı kökəlmiş halda ucadan güldü. M.Hüseyn.