turklehceleri.org

cadu

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

cadu

is. [fars.]
1. Sehr, sehrbazlıq. [Xanpəri:] [Dərvişin] cadusunda mən bir hikmət görmüşəm ki, əgər istəsə, bu saatda məni qocamdan boşadar. M.F.Axundzadə. [Xırda xanım:] Ağa dərviş, deyirlər siz cadu ilə möcüzələr görsədirsiz, doğrudurmu? N.Vəzirov. Məmmədsadıq kişi caduya, fala, falçıya inanan deyildi. B.Bayramov. • Cadu eləmək, caduya salmaq – bax cadulamaq. [Xala Yunusa:] [Yaqutun anasının] ağzı qurusun, sənə qarğış edirdi. Deyir, qızımı caduya salıbdır. Ə.Məmmədxanlı.
2. Obrazlı təşbehlərdə: valehedici, füsunkar mənasında. Cadu baxışlar. Cadu tellər. – Atdı müjgan oxun, keçdi sinəmdən; Cadu qəmzələri canıma düşdü. Aşıq Ələsgər. Bir şux qıya baxdı, huş aldı sərdən; O cadu gözlərdə bir cadu gördüm. Aşıq Dilqəm. Bir qızım var ki, bu cahan canı; Gözləri məst, qəmzəsi cadu. S.Ə.Şirvani.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

cadu

sehr, ovsun, tilsim
{sihir, efsun, tılsım}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

cadu

büyü


Son arananlar: