turklehceleri.org

iynələmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

iynələmək

f.
1. İynə batırmaq, ucu şiş bir şey batırmaq; sancmaq.
2. İynə ilə bədənə dərman yeritmək, iynə vurmaq. [Uşaq dedi:] Doktor, məni də iynələ! Mir Cəlal.
3. İynə ilə tikmək, yamamaq və s. Yorğanın cırığını iynələmək.
4. Sancaqlamaq, bir-birinə bənd etmək, rəbt etmək. Kağızları iynələmək.
5. məc. Sancmaq, acılamaq, qəlbinə toxunmaq, toxunan sözlər demək. [Əlyarov:] Düzələn adam deyil. Əvvəldən vardı hüsncamalı, indi olub dəli Bayramalı! – deyə o yenə Xəlili iynələdi. M.Hüseyn. Gülşən Eyvazı sevdiyini nə qədər gizlətsə də, qızlar bunu duyur, Gülşəni iynələməyə çalışırdılar. Ə.Vəliyev.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

iynələmək

I. sancaqlamaq, bəndləmək
{bağlamak, sıkılamak}

II. sancmaq, acılamaq
{iliştirmek, acı vermek}


Son arananlar: