ilgək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
ilgək
is.
1. Paltarın yaxasında, qolunda, cibinin ağzında və b. yerində düyməni və ya qarmağı keçirmək üçün sapdan, qaytandan düzəldilən balaca yarıq və ya halqa; düymə yeri. Fabrikdə işləyən qızlar hər düyməni, hər ilgəyi diqqətlə tikir, paltarın möhkəm olmasına çalışırlar. “Az. qad.”.
2. Rəsmi paltarın yaxasında rəngli sırma. [Zəhranın] əynində boz şineli, şinelin yaxasında, yaşıl rəngli ilgəklərin üstündə qoşa kubiklər vardı. Ə.Vəliyev.
3. bax. ilmə. 1-ci mənada [Səltənət] xalçanı açıb diqqətlə hər şəklinə, hər naxışına, hər ilgəyinə bir də baxdı. Mir Cəlal.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
ilgək
ilik