turklehceleri.org

Çeşmə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

çeşmə

is. [fars.]
1. Yerin altından sızıb çıxan su mənbəyi; bulaq, qaynaq. [Çinarların] arasından çıxan sərin çeşmə çınqıl daşların üzərindən xoşahəngli bir şırıltı ilə böyük çaylara doğru axıb gedirdi. A.Şaiq. Sərin çeşmələrin qaynayır gözü; Yenə dinləyirəm aram-aram mən. N.Xəzri.
2. Məc. mənada. Ey insan! Ürəyin qədrini bil ki; Həyat çeşməsidir o müqəddəs su. S.Vurğun. ‣ Göz çeşməsi – gözün yaş çıxan yeri, buruna tərəf olan yeri. [Cavad] çox kövrəlmişdi, lakin özünü toxtatdı, gözlərinin çeşməsinə yığılan yaşı ürəyinə səpib həyəcanını söndürdü.. Ə.Vəliyev.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

çeşmə

çeşme, pınar


Son arananlar: