turklehceleri.org

abdar

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

abdar

sif. [fars.]
1. Sulu, şirəli, təravətli, lətafətli. Özündən oldu meyə bəzmdən kənar olmaq; Qələtdi bəhs ləbi-ləli-abdarınla. Q.Zakir. Nazənin qız .. yanaqları kimi qızarmış bir qızılgül dərib, şirmayı əli ilə abdar ləblərinə yaxınlaşdıraraq .. hovuz üstünə atılıb, qurulan kürsünün üstündə oturdu. C.Cabbarlı.
2. məc. Mənalı, təsirli, gözəl ifadəli. Abdar kəlam. Abdar söz. – Pəh-pəh, doğrudan da, zalım oğlunun necə abdar qələmi var. C.Məmmədquluzadə.
3. məc. Möhkəm və iti. Çox məni incitmə, tiği-abidarımdan saqın! Füzuli. Hinində daldalanma çox, həyətdə də dolanma çox; Yiyəndəki bıçağa bax, o tiği-abdarı gör! M.Ə.Sabir.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

abdar

I. sulu, şirəli, təravətli, lətafətli (meyvə)
{sulu, yaş, taze, latif (meyve)}

II. mə’nalı, tə’sirli, gözel, ifadəli (məc.)
{anlamlı, etkileyici, güzel, içerikli (mecaz)}


Son arananlar: