turklehceleri.org

iftixar

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

iftixar

is. [ər.]
1. Fəxr, fəxr etmə. Bu gündən belə İran əhli öz millətləri ilə iftixara haqlıdır. Ü.Hacıbəyov. “Molla Nəsrəddin” bizim inkişaf tariximizdə, xalqımızın ictimai həyatında çox mühüm və iftixara layiq bir hadisədir. M.İbrahimov. // Qürur hissi. [Barxudar] qayıdan gün öz adını ümumi iclasın qətnaməsində oxuyanda sevincindən, heyrətindən, ya iftixarındanmı, nədənsə rəngi qızardı. Mir Cəlal. Bayram kişi aydın seçilən iftixar hissi ilə bu meyvələri göstərib dedi.. M.Rzaquluzadə. // Fəxr edilməli, fəxr edilməyə layiq şəxs. Füzuli Azərbaycan xalqının iftixarıdır. – Mirzə Valeh bu evin mötəbər siması, məclislərin iftixarı olmuşdu. S.Rəhimov. • İftixar etmək – fəxr etmək. [Abas:] Mən də, ac, yoxsul bir həyatdan belə bir dərəcəyə yüksəldiyimə iftixar edirəm. M.İbrahimov. // Təkəbbür, qürur, qürrələnmə. Politikadır hər işləri, alışları-verişləri; Olarda bir əməl fəqət quru, boş iftixarı gör! M.Ə.Sabir.
2. İftixarla şəklində zərf – qürurla, fəxrlə, iftixar hissi ilə. Keçir bizim qəhrəmanlar; Alay-alay, iftixarla. S.Vurğun. Yusif mütəxəssis üzümçüyə məxsus iftixarla dedi: – Odur, o dərə araları üzüm üçün qızıldır. B.Bayramov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

iftixar

fəxr, öyünmə
{övünç, övünme}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

iftixar

gurur, iftihar, kıvanç, övünç


Son arananlar: