turklehceleri.org

hökmfərma

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

hökmfərma

is. [ər. hökm və fars. ...fərma] Hökm sürmə, hökmran olma. Lakin .. [Muxtar] sabaha qədər yata bilmədi, tərəddüd yenə hökmfərma idi. Çəmənzəminli. Hər tərəfdə bir qəbiristan sükutu hökmfərma idi. M.S.Ordubadi. • Hökmfərma olmaq – 1) hökm sürmək, hökmran olmaq. [Cavad bəy:] ..Şərqdə hər zülm fot olacaq, ədalət, insaniyyət hökmfərma olacaq... N.Vəzirov; 2) məc. çox yayılmaq, şiddət göstərmək. [Xarrat:] Nə edəsən ki, məhəlləmizdə hökmfərma olan bir gözağrısı hasil oldu, buna sirayət etdi. T.Ş.Simurq. ..Kərimovun səsi ətrafda hökmfərma olan gözəl ahəngi pozdu.. H.Seyidbəyli.


Son arananlar: