hiylə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
hiylə
is. [ər.] Kələk, fırıldaq, fənd; məkr. [Şah vəzirə:] Vəzir, bu çox qəribə işdir, yəqin burada bir hiylə vardır. Ü.Hacıbəyov. Satqınların hiyləsindən; Neçə kərə; Tarix endi zirvələrdən dərələrə. B.Vahabzadə. ‣ Hiylə qurmaq (düzəltmək) – biclik işlətmək, kələk qurmaq. [Rüstəm bəy:] Cürbəcür hiylə qurmuşam. S.S.Axundov. Hiylə işlətmək (gəlmək) – hiylə ilə aldatmaq, yalan deyərək aldatmaq, biclik gəlmək. Vəzirin qızları hiylə işlədərək padşahın oğlanlarının onlara sataşdıqlarını analarına söylədilər. (Nağıl). [Şeyx Haşimi İbn-Xalidə:] Mən o sülh qasidinə inanmıram, Nofəl hiylə işlədir. Ə.Məmmədxanlı.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
hiylə
I. kələk, fənd, biclik
{düzen, dolap, dolandırıcılık}
II. bacarıq, məharet, ustalıq
{beceri, maharet, ustalık}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
hiylə
aldatı, hile