gicişmək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
gicişmək
f. Qaşınmaq, qaşınma duymaq, qaşıntı hiss etmək. Keçinin buynuzu gicişəndə başını çobanın çomağına sürtər. (Ata. sözü). Ovcumun içi yaman gicişirdi. M.Hüseyn. Bir sözlə [Nərminənin] əl-ayağı gicişir, sinəsi özünə aydın olmayan bir hissin təsiri ilə qalxıb-enirdi. B.Bayramov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
gicişmək
qaşınmaq, göynəmək
{kaşınmak, kaynamak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
gicişmək
gicişmek, kaşınmak