turklehceleri.org

hayküy

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

hay-küy

1. is. Səs-küy, qışqırtı, bağırtı, hay-haray, gurultu, qalmaqal, dava, mərəkə. Bir gün Nəbi Zəngəzur mahalında kiçik bir kəndin yanından keçərkən qulağına hay-küy səsi gəlir. “Qaçaq Nəbi”. Yaylanın başından hay-küy səsi gəlirdi. Mir Cəlal. • Hay-küy salmaq (qaldırmaq) – qışqırmaq, bağırmaq, səs-küy salmaq. Səlim böyük hay-küy qaldırdı. M.İbrahimov. [Ümid Mikayıla:] Son vaxtlar [Səfiyarın] hay-küy salıb özündən çıxması da bunun üstündədir. B.Bayramov. // Səs-küy. Adətən limana yaxınlaşan gəmilərdə yaman hay-küy olur. M.Rzaquluzadə. • Hay-küy salmaq – bərkdən danışmaq, səs-küy salmaq. Sadıqzadə əlini qaldırıb hay-küy salan gəncləri sakit etməyə çalışdı. S.Rəhimov.
2. Hay-küylə şəklində zərf – hay-küy salaraq, qışqıraraq, bağıraraq.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

hay-küy

qalmaqal, mə’rəkə, dava
{gürültü, karmaşa, kavga}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

hay-küy

patırtı, şamata


Son arananlar: