basmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
basmaq
f.
1. Üstdən sıxmaq, təzyiq etmək, ağırlıq vermək. Qar basıb, ağacın budağını yatırdı. – Nəriman .. bu adamın əllərini tutdu, dizi ilə boğazını basdı.. Mir Cəlal. // Sıxışdırmaq, itələmək. Seyid Əhməd Seyid Səmədi görən tək camaatı basa-basa (z.) ona tərəf yüyürdü. Ə.Haqverdiyev..
2. Tapdalamaq, ayaqlamaq, basdalamaq. Qarları basa-basa (z), dağları aşa-aşa iki nəfər təhkimçi gəldi. Mir Cəlal..
3. Altına alıb şikəst etmək, əzmək, ya öldürmək. Avtomobil adam basdı. Qatar inək basdı. At uşağı basıb. – Faytonçu atları saxlaya bilməyib, Nurəddini basdı. S.S.Axundov.
4. Qalib gəlmək, məğlub etmək. Düşməni basmaq. // Ötmək, birinciliyi qazanmaq, üstün gəlmək. Uzun pəhləvan balacanı basdı. – Qara məni basınca, mən qaranı basım. (Ata. sözü). [Movlamverdi:] Bəli, bəli, işin həqiqəti budur ki, qara ləkə ağ ləkəni basmasın. C.Məmmədquluzadə.
5. Soxmaq, tıxamaq, dürtmək, təpmək. Şeyləri çamadana basmaq. Pulu cibinə basmaq. – [Musa kişinin] yalnız ağzına dəsmal basdıqda səsi eşidilməz oldu. M.İbrahimov. Nəhayət, bütün fəhlələr köməkləşib, qapağı quyunun ağzına basa bildilər. M.Hüseyn.
6. Qoymaq, keçirmək, geymək. Xan acığından şəbkülahını başına basıb, bir az vəhşi heyvanlartək nərildədi. Çəmənzəminli.
7. Batırmaq, içinə salıb islatmaq. Gönü suya basmaq.
8. Bürümək, qaplamaq, əhatə etmək, qabağını tutmaq, görünməz hala salmaq. Dağları çən basıbdır. Ətrafı tüstü basıb, göz gözü görmür. Göy üzünü bulud basıbdır. // Doldurmaq, yayılmaq. Ətrafı səs basmışdır. Onun şöhrəti aləmi basmışdır.
9. Örtmək. Otağın fərşi çoxdan bəri süpürülməmişdi. Künc-bucağı, tavanı hörümçək toru basmışdı. M.S.Ordubadi. Üstünü şeh və qırov basmış körpə otlar günəşin işıqları altında parıldayırdı. M.İbrahimov. Ayna .. yonca basmış bir cığırla kəndə doğru yönəldi. Ə.Məmmədxanlı.
10. Bir şeyin çoxluğunu, sıxlığını, geniş sahə tutduğunu, yayıldığını bildirir. Bağçanı kol-kos basıbdır. Pambığı alaq basıbdır. Sahili su basmışdır. Saqqal basmaq. Tər basmaq. – Qar basmış və ağarıb gedən çöllərdən və təpələrdən başqa bir şey gözə dəymirdi. M.İbrahimov. Xəlilin günəşdən yanmış buğdayı yanaqlarından, tük basmış sərt üzündən uzun müddət vuruşub yorulduğu dərhal sezilirdi. M.Hüseyn.
11. məc. Boğmaq, cəbr etmək, zülm etmək, sıxışdırmaq. [Safo:] Onlar [varlılar] fağırları basan, camaat üstünə xoruzlanan, böyük görəndə arxası yerdə, kiçik görəndə ayaq üstə kəkələnəndirlər. S.Rəhimov.
12. Ansızın hücum etmək, üstünü almaq, üzərinə atılmaq. Çar polisləri tətilçilərin evlərini basırdılar. – [Silahlı adamlar] qoşun gətirib, evi basmağa gəldilər. M.S.Ordubadi.
13. Ağırlıq göstərmək, ağırlıqdan əyilmək. Tərəzinin bir gözü basır, düzəldin.
14. Vurmaq, qoymaq. Möhür basmaq. Damğa basmaq. Naxış basmaq.
15. Örtmək, qapamaq. Qapını basmaq. Pəncərəni bas, toz gəlməsin. – [Mirzə:] Dörd ətrafı işıq tutan zaman qapıları basıb, camaatı işıqdan məhrum etməyin. Ə.Haqverdiyev. [Məsum kişi] dərhal qapını basıb, mətbəxə qayıtdı. Mir Cəlal.
16. məc. dan. Özünü tərifləmək, öymək, goplamaq (çox vaxt tərkiblərdə işlənir). Görün yenə nə özündən basır. Basıb bağlamaq. – Tərbiyəsiz uşaq kimi, boş-boşuna hırıldama; Baş-qulağın düzəlməyib, çox da basıb guruldama. M.Ə.Sabir.
17. dan. k.t. Mayalandırmaq (heyvanlar haqqında).
18. Tutmaq; aramsız, dalbadal atmaq, üzərinə yağdırmaq. Daşa basmaq. Gülləyə basmaq. – [Molla Abbas:] Axır mən haraya gedim? Uşaqlar məni daşa basır. C.Məmmədquluzadə.
19. İtələmək, kənara çəkmək. Arabanı irəli bas. Stolu bir az dala bas. Kitabları yana bas ki, yer açılsın.
20. Yırtmaq, dağıtmaq, parçalamaq, öldürmək. Canavar inək basıbdır. – İkindi çağı idi. Obada “Dursunu ayı basmış!” – deyə səs qopdu. A.Şaiq.
21. Örtmək, keçmək, addamaq, aşmaq. Əşrəf üç yaşına basmış(dı). A.Şaiq.
22. Bir sıra isimlərə qoşularaq, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: yuxu basmaq, vahimə basmaq, bağrına basmaq, ayaq basmaq və s.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
basmaq
I. sıxmaq, əzmək
{sıkmak, ezmek}
II. tapdalamaq, ayaqlamaq, basdalamaq
{tepiklemek, ayaklamak, bastırmak}
III. soxmaq, tıxamaq, dürtmək
{sokmak, tıkamak, dürtmek}
IV. qoymaq, keçirmək
{koymak, geçirmek}
V. batırmaq
{batırmak}
VI. boğmaq
{boğmak}
VII. örtmək, qapamaq
{örtmek, kapamak}
VIII. vurmaq, qoymaq
{vurmak, koymak}
IX. tutmaq, yandırmaq
{tutmak, yakmak}
X. yırtmaq, dağıtmaq, parçalamaq
{yırtmak, dağıtmak, parçalamak}
XI. ötmək, keçmək, adlamaq, aşmaq
{ilerlemek, geçmek, atlamak, aşmak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
basmaq
basmak, tabetmek
Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)
basmaq
Basmak. Adem ayaq basmighan orman – İnsan ayağı basmamış orman. Bésip ötülgen yol – Geride kalan yol. Ilgiri basmaq – İlerlemek. Bésip ötmek – Basarak geçmek. U öpkisini basalmay yighlidi – O öfkesini basamadan ağladı. Méni ghem basti – Beni efkar bastı; hüzünlendim. Achchighimni aranla bastim – Öfkemi zorla bastım. Gheplet basmaq – Gaflet basmak. Bésip almaq – Ele geçirmek, zaptetmek, zorla almak, işgal etmek. Pima basmaq – Keçe çizme yapmak. Sheherni su basti – Şehiri su bastı. Kigiz basmaq – Keçe yapmak. U bu ishni bésip qoydi – O bu işi basıp koydu. Sakilini qiro bashqan chal – Sakalı ağarmış yaşlı. Pütün dunyani qarangghuluk basti – Bütün dünyayı karanlık bastı. Uning ornini oghli basti – Onun yerine oğlu geçti. Ornumni basar kishi yoq – Yerime geçer kişi yok. Bésip ötken yol – Geride kalan yol. Bésip kirmek – Ansızın girmek; kapıyı zorlayarak girmek, baskın yapmak. Tamgha basmaq – Damga basmak. Balamni baghrimgha bastim – Çocuğumu bağrıma bastım.