turklehceleri.org

cütləmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

cütləmək

f. Eyni qəbildən olan iki şeyi bir-birinin yanına qoymaq, cüt eləmək, cüt qoymaq, qoşalamaq. [Koroğlu:] Barmaqlarını cütləyib tellərə elə vurdu ki, meydan səsə gəldi. “Koroğlu”. [Şirzad] ayaqlarını cütləyərək xalçanın üstündə süzür.. M.İbrahimov. [Əlyarov:] Hə, indi su tök görüm, – dedi və əllərini cütləyib aftafanın qabağına tutdu. M.Hüseyn. // İki-iki götürmək, ikiləmək, cüt-cüt ayırmaq. Güləngiz ipək açmağı mükəmməl bildiyi kimi, ipək telləri cütləməyi və burmağı da yaxşı bilir. (Qəzetlərdən). ‣ Başmaqlarını (qabağına) cütləmək – bax başmaq. O oldu ki, Həsənovun başmaqlarını cütlədilər qabağına. Mir Cəlal.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

cütləmək

qoşalamaq, ikiləmək
{çiftelemek, ikilemek}


Son arananlar: