dolça
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
dolça
is. Su və başqa maye tökmək üçün aşağısı nisbətən enli və ağız tərəfə doğru getdikcə daralan uzunsov qab. [Gülzar] başqa bir qoca qadını suya gedən görüncə, gedib dolçasını alır, doldurub gətirir. C.Cabbarlı. [Əhməd:] Birdən [Gülnaz] başında çadrası olduğunu düşünüb üzünü örtmək istədi, lakin bacarmadı, əlində süd dolçası var idi. T.Ş.Simurq. Bəzən Mələk bacı işdən qayıdarkən eyvanda stolun üstündə dəyirmandan yenicə gətirilmiş bir tabaq un, təzə bişirilmiş çörək və ya bir dolça süd görərdi. Ə.Sadıq.