turklehceleri.org

güzər

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

güzər

(=güzar) is. [fars.] klas. Yol, keçid, keçmə. Gecə-gündüz duam budur Tanrıma; Nola səni sala bir güzarıma. M.P.Vaqif. • Güzar etmək klas. – keçmək, getmək. Ol güli-xəndanı görmək mümkün olsaydı mənə; Səntək, ey bülbül, gülüstanə güzar etməzmidim? Füzuli. O gündən ki göz önündən gedibsən; Etməmişəm gülüstanə güzar mən. Q.Zakir. Qış günü bərk çovğun idi bir səhər; Cütçü baba yoldan edirdi güzər. A.Səhhət. Güzarı düşmək – yolu düşmək. Müşk adında bir pəhləvan yolla gedəndə güzarı düşür qalaçaya. (Nağıl). Sevdiciyim, hanı gözəllər xanı? Güzarımız sizin otağa düşdü. A.Ələsgər.


Son arananlar: