turklehceleri.org

göyərmiş

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

göyərmiş

I. f.sif. Göy rəng almış, bozarmış. Soyuqdan göyərmiş əllər. Zərbədən göyərmiş qol. – Xəlil soyuqdan göyərmiş əllərini bir-birinə sürtdü. İ.Məlikzadə.

II. f.sif. Yaşıllaşmış, bitmiş, cücərmiş. Göyərmiş çöllər. – [Cavad:] Oyanıb çiçəklənmiş ağaclara, göyərmiş otlara baxıb deyirdim: nə olardı insan da .. bahar vaxtı bədənində təzə bir qüvvət olaraq oyana idi! Ə.Haqverdiyev.


Son arananlar: