gizildəmək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
gizildəmək
f.
1. Yorğunluqdan, ağrıdan, soyuqdan sancmaq, göynəmək. O əyilib şırranda əllərini yudu, barmaqları donub gizildəyincə qalxıb o tərəf-bu tərəfə boylandı. S.Rəhimov. Həsrət duracaqda ayağının birini götürüb o birini qoyur, soyuqdan gizildəyən burnunu, qulağını ovuşdura-ovuşdura .. düşünürdü. B.Bayramov.
2. məc. Titrəmək, qorxu keçirmək, həyəcanlanmaq. Qızın yumşaq və nazik əlləri ovcuna toxunanda Nərimanın qəlbində odlu bir sim gizildədi. Mir Cəlal.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
gizildəmək
sızıldamaq, zoqquldamaq, göynəmək
{sızlamak, zonklamak, kaşınmak}