turklehceleri.org

dəyişdirmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

dəyişdirmək

f.
1. Bir şeyi verib əvəzinə başqa bir şey almaq; mübadilə etmək. Mal dəyişdirmək. Bir şeyi başqa şeyə dəyişdirmək.
2. Bir şeyi buraxıb, yenisini, başqasını işlətmək, təzələmək. Otağın bütün mebelini dəyişdirmək. // Bir şeyi başqası ilə əvəz etmək. Paltarını dəyişdirmək.
3. Bir işdən, vəzifədən, yaxud bir yerdən başqasına keçmək. Qulluğunu dəyişdirmək. Suyunu dəyişdirmək.
4. Tamamilə başqalaşdırmaq, başqa şəklə, başqa hala salmaq. Təbiəti dəyişdirmək. Əsərin quruluşunu dəyişdirmək. Bir fəsildə neçə kərə; Dəyişdirdi öz yönünü, öz yolunu. B.Vahabzadə.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

dəyişdirmək

değiştirmek


Son arananlar: