dəlalət
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
dəlalət
is. [ər.]
1. Dəlil, sübut. • Dəlalət etmək (eləmək) – sübut etmək, göstərmək, təsdiq etmək. [Hakimi-şər:] Siz məni inandırırsınız ki, Ağa Mərdan dindar adamdır? Bu dəlalət edir sizin nadürüstlüyünüzə. M.F.Axundzadə. [Məşədi İbad:] ...Bir də mən sənə deyim, insanın başının ağlığı onun qocalığına dəlalət eləməz. Ü.Hacıbəyov.
2. klas. Yol göstərmə, rəhbərlik. Mən əqldən istərəm dəlalət; Əqlim mənə göstərər zəlalət. Füzuli. • Dəlalət etmək (eləmək və s.) köhn. – 1) yol göstərmək, rəhbər olmaq, sövq etmək, yönəltmək. [İsa:] ..Dəlalət buyur bizi bir əmələ ki, o əməl bizi cənnətə daxil eləsin. C.Məmmədquluzadə; 2) çağırmaq, dəvət etmək. Könlümün nöqtəsin götür qaradan; Doğru yola məni dəlalət eylə. Aşıq Ələsgər.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
dəlalət
dəlil, sübut
{dayanak, işaret}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
dəlalət
delalet