turklehceleri.org

dəhşət

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

dəhşət

is. [ər.]
1. Qorxunc bir şey və ya böyük bir təhlükə, hadisə və s. qarşısında doğan şiddətli qorxu hissi; vahimə. Muradın gözləri dəhşətdən böyüdü. S.Hüseyn. Eşikağası dəhşətdən gözlərini yumub qaçdı xanın yanına. Çəmənzəminli. • Dəhşət almaq, dəhşətə düşmək – bərk qorxuya düşmək, dəhşətlənmək. Dəhşət vermək – dəhşət oyandırmaq, dəhşət ifadə etmək, vahimələndirmək. [Orxan:] Allah, Allah, yenə çatıldı qaşlar; Dəhşət verir qartalvari baxışlar. H.Cavid. Dəhşətə gətirmək (salmaq) – bərk qorxu oyatmaq, dəhşətləndirmək. Katibin kabinetindən gələn xəbərlər Sabitovu dəhşətə gətirdi. S.Şamilov.
2. Bu cür bir hiss doğuran hadisə, vəziyyət, mənzərə (bu mənada çox vaxt cəm şəklində işlənir). Bu nizələr, bu süngülər muzeylərdə pas tutacaq; İnsan oğlu yaratdığı dəhşətləri unudacaq. S.Vurğun. Əsirlik – dəhşətlərin ən böyüyü idi. Ə.Əbülhəsən.
3. Faciə, çıxılmazlıq. Öz vəziyyətinin dəhşətini hiss etdi.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

dəhşət

vahimə, faciə
{korku, vahamet}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

dəhşət

dehşet


Son arananlar: