divanxana
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
divanxana
is. [fars.] köhn.
1. Bolşevik inqilabından əvvəl: yerlərdə olan inzibati hökumət idarələrinə verilən ümumi ad. // Bu idarələrin yerləşdiyi bina. Bunların çoxu bilmir ki, nə işdən ötrü, nə təqsirin və hansı əməlin ucundan onları divanxana qabağına toplayıblar. F.Köçərli.
2. Məhkəmə və onun yerləşdiyi bina. [Hacı Fərəc:] Divanxanalarda bütün məmurları təngə gətirmişəm. N.Vəzirov. Arvad bədbəxt olub atası evində qalardı. Atası da axund otağında, divanxanalarda kəbin və talaq davası edərdi. H.Sarabski.
3. tar. Şərq ölkələrində: padşah saraylarında rəsmi qəbul otağı. Fəxrəddin və Ələddin baş endirib Toğrulun divanxana otağından çıxdılar. M.S.Ordubadi. Şərq ölkələrində saray səciyyəli yaşayış binalarının rəsmi qəbul hissəsi divanxana adlanır. Ə.Salamzadə.