turklehceleri.org

xələf

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

xələf

is. [ər.]
1. Sonradan gələn, birinin yerinə keçən və ya keçməli olan, onun işini davam etdirən, onu əvəz edən adam. M.F.Axundzadənin xələfləri. – Ya tələf olmalı, ya xələf. (Ata. sözü). [Səttarzadə] təklikdə, ya evdə nə qədər sakit, sönük görünürsə, adam içində, ictimai yerlərdə öz xələflərini görür.. Mir Cəlal.
2. Övlad, varis. Gör qılsa onu tələf həvadis! Yox bir xələfi ki ola varis. Füzuli. Derdim ki, gözəl xələf olarsan; Bir ailəyə şərəf olarsan. M.Ə.Sabir. Oğlunun özünə layiq bir xələf olacağından fərəhlənib, xan qocalıq günlərini şad və rahat keçirmək ümidində idi. M.Rzaquluzadə. // Nəsil, soy. Öz xələfin gərək gözləyə kişi.. Q.Zakir. Sən də onun kimi qocalacaqsan, hörmət umacaqsan xələflərindən. S.Rüstəm.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

xələf

I. varis, vərəsa
{varis, mirasçı}

II. nəsil, övlad
{nesil, evlat}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

xələf

halef


Son arananlar: